Sinan Oğanla Ərdoğan arasında "bazarlıq" olub?

23 may, 2023 13:33

"Sinan bəylə aramızda heç bir bazarlıq olmayıb".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, müxalifət bu kimi şeylər üzərində spekulyativ axtarışlar aparır:

"Sinan bəy duruşu və açıqlaması ilə öz mövqeyini ortaya qoydu. Millətimizin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşdiriləcək, lazım olan yerdə cavablar veriləcək. Xüsusilə sevgi mədəniyyətinin hakim olmasını istəyirik. CHP-də isə belə bir anlayış yoxdur".

Türkiyə lideri qeyd edib ki, CHP sədri Kamal Kılıçdaroğlu 2-ci tura gələndə millətçiliyin əhəmiyyətini anlayıb: "Millətçilərin ünvanı bəllidir - Cümhur İttifaqı..."