"Azərbaycana qarşı növbəti dəfə ikili standartlar və qərəzli münasibət gördük" - Emin Hüseynov
25 oktyabr, 2020 17:12
Ermənistan mülki şəxsləri, uşaqları və qocaları ballistik raket hücumları ilə öldürməklə beynəlxalq ictimaiyyətin diqqətini işğal faktından yayındırır.
Azsiyasət.com xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.
O, növbəti dəfə Azərbaycana qarşı ikili standartlar və qərəzli münasibətlərin müşahidə edildiyini vurğulayıb.