Azərbaycan Xankədidə "nöqtə əməliyyatı"na başlayır - Qabil Hüseynli

24 may, 2023 14:48

"Sülh müqaviləsinin imzalanması prosesi sürətləndirilməlidir. Düşünürəm ki, Bakı ilə İrəvan arasındakı sülh, Nikol Paşinyanın öz ölkəsində mövqeyinin möhkəmlənməsinə də səbəb ola bilər. Həmçinin, bir çox faktlar de-yure təsdiqini tapacaq".

"Azsiyaset.com" bildirir ki, bu  sözləri "Publika.az"-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.

Politoloqa görə, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan artıq Qarabağın dağlıq hissələrində, xüsusən də, Xankəndidəki separatçılarla məşğul olmağa başlayacaq. Bu isə aşağıdakı kimi həyata keçiriləcək:

"Əvvəlcə qarşı tərəflə təmas qurulacaq. Təmas qurulmalı qüvvələr artıq müəyyənləşdirilib. O qüvvələr, əsasən mülki əhalinin içərisindən çıxmış insanlar, eyni zamanda, hərbi elitaya aid olan Balasanyan, Babayan kimi şəxslərdir. Onların vasitəsilə Qarabağdakı separatçı dəstənin, Araik Arutyunyan, Ruben Vardanyan və bu kimi digər terrorçuların əsas əhali kütləsindən – mülki əhalidən təcrid olunma prosesinə başlaya bilərik. Bunun üçün əlbəttə ki, anti-terror əməliyyatlarına deyil, xüsusi əməliyyatların hazırlanmasına və həyata keçirilməsinə ehtiyac olacaq. Həmin xüsusi əməliyyatlar isə "nöqtə əməliyyatı" adlanır. Sözügedən əməliyyatlar separatçı qüvvələrin evlərinə, ofislərinə və s. ildırımsürətli hücumlar sayəsində baş tuta bilər".

Qabil Hüseynli bildirib ki, Xankəndidəki separatçı silahlı dəstələrin motivasiyasının və döyüş əhval-ruhiyyəsinin yüksək olmaması qeyd olunan əməliyyatların uğurla nəticələnəcyinə zəmin yaradır. "Üstəlik, "Nöqtə əməliyyatı"nı xüsusi təyinatlı qüvvələr gerçəkləşdirəcək. Əgər təcridedilmə prosesi baş tutmasa, terrorçular yerindəcə zərəsizləşdiriləcək. Onlar zərəsizləşdirildikdən sonra mülki əhalinin tədricən Azərbaycan cəmiyyətinə inteqresiya və adaptasiya proseslərini həyata keçirmək mümkün olacaq", - politoloq əlavə edib.

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo