Azərbaycanın İsraildəki səfirliyi ilk dəfə Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirib - FOTO

25 may, 2023 12:31

Azərbaycanın İsrail Dövlətindəki səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.

Azsiyaset.com bildirir ki, bu barədə səfirlik məlumat yayıb.

Tədbirdə İsrail Dövlətinin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, “Yisrael Beytenu” partiyasının sədri Aviqdor Liberman, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, eyni zamanda Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev, İsrail Prezidentinin və Baş nazirinin Ofisinin səlahiyyətli nümayəndələri, İsrail Xarici İşlər Nazirliyinin, habelə digər dövlət qurumlarının əməkdaşları, İsraildə akkreditə olunmuş səfirlər, şəhər merləri və vitse-merləri, universitet rektorları, aparıcı beyin mərkəzlərinin ekspertləri, media nümayəndələri, iş adamları, həmçinin İsraildəki Azərbaycan diasporunun nümayəndələri, İsrailin ictimai-siyasi xadimləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və İsrail Dövlətinin himnlərinin səsləndirilməsi ilə başlayıb. Toplantını giriş sözü ilə açan Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov qonaqları salamlayaraq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb. Səfir M.Məmmədov ölkəmizin müstəqillik tarixi, habelə keçdiyi mübarizə yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. Səfir M.Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan-İsrail münasibətlərinin strateji səviyyəyə çatdığını diqqətə çatdırıb.

Daha sonra İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel yeni fəaliyyətə başlamış Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş ilk Müstəqillik Günü tədbirində iştirak etməkdən şərəf duyduğunu ifadə edərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb. G.Qamliel cari ilin mart ayında Prezident İlham Əliyev ilə baş tutmuş görüşünü məmnunluqla xatırlayaraq hər iki ölkənin regionda və dünyada sülhü və stabilliyi təmin etmək üçün birlikdə çalışdıqlarını ifadə edib. G.Qamliel iki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycanda yaşayan yəhudi icmasının xüsusi rolu olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev qonaqları salamlayaraq 2023-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinin, habelə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. F.Rzayev, həmçinin, tədbir iştirakçılarına İsrail Dövlətinin müstəqilliyinin 75 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir müavini Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın davam və inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI