Əskipara kəndi Bakının nəzarətinə qayıdır

26 may, 2023 14:44

Azərbaycanın tarixi Əskipara kəndi Bakının yurisdiksiyasına qayıdır.

Bunu “Mülki müqavilə” fraksiyasından olan erməni deputat Tsovinar Vardanyan deyib.

"Azərbaycan və Ermənistan liderlərinin dünən Moskvada Rusiyanın vasitəçiliyi ilə konkret olaraq nə barədə razılığa gəldiklərini bilmirəm, lakin Noyanberyan rayonunun Vaskepar kəndində (Əskipara) yaşayan ermənilərə bu ərazinin Azərbaycan Respublikasının yurisdiksiyasına keçəcəyi bildirilib", - deputat bildirib.