Xankəndidə "çevriliş" gözlənilir - Arutunyanı devirmək istəyən Babayan kimə xidmət edir?

30 may, 2023 15:56

Babayan “artsax”da iğtişaşlar təşkil etmək, “dövlət təşkilatlarına” girişləri bloklamaq və 2018-ci ildəki inqilab ssenarisini Xankəndində təkrarlamaq istəyir.

"Azsiyaset.com" azpolitika.info-ya istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti Qarabağdakı separatçı hakimiyyətin belə bir məlumat aldığını yazıb.

Yazıda qeyd olunur ki, separatçıların hazırkı rəhbərliyi ilə qondarma qurumun sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma “çevrilişlə” nəticələnə bilər.

Xatırladaq ki, 3 gün öncə Araik Arutunyan Xankəndində kütləvi aksiyalara qadağa qoyulması barədə qərar vermişdi. “Hraparak” yazır ki, bu qadağa məhz S.Babayanın hazırladığı “çevrilişə” imkan verməmək üçün tətbiq edilib.

S.Babayan bir müddət əvvəl qondarma rejimin “dövlət naziri” postuna iddiasını ortaya qoyub. Rusiyanın emissarı olan Ruben Vardanyan bu “vəzifədən” atılandan sonra həmin “postu” qondarma qurumun sabiq “prokuroru” tutub.

Ancaq Babayan “çiçəyi burnunda” yeni nazirin istefaya göndərilməsini və onun yerinə özünün təyin edilməsini Arutunyandan tələb edir. Hətta mayın 15-də bu tələblə çıxış edən Babayanın bir qrup tərəfdarı Xankəndində mitinq keçiriblər. Aksiyaçıların tələblərinə cavab verən Arutunyan qərar vermək üçün 10 gün vaxt istəyib. Ancaq həmin vaxt bitsə də, Babayanın tələbi yerinə yetirilməyib. Bundan sonra “Hraparak”-ın yazdığına görə, qondarma qurumun “müvafiq orqanları”na Babayanın iğtişaşlar və “çevriliş” hazırladığı barədə məlumat daxil olub.

Qəzet yazır ki, bunu görən Xankəndindəki Rusiya hərbi kontingentinin rəhbərliyi Arutunyana kütləvi aksiyalara qadağa qoymağı məsləhət bilib. Nəticədə Arutunyanın qadağa qərarının da məhz “sülhməramlıların” təklifi əsasında verildiyi məlum olub.

Maraqlıdır ki, erməni mətbuatı Qarabağdakı separatçıların didişməsinin sadəcə, Babayan-Arutunyan qarşıdurması olmadığını, Arutunyanın arxasında Moskvanın, Babaynın arxasında isə İrəvanın durduğunu yazır. Babayan bu iddiaları rədd etsə də, onun Paşinyan hökumətilə anlaşdığına dair məlumatlar var.

Əgər bu məlumatlara inansaq, belə çıxır ki, Paşinyan təkcə Ermənistanda yox, Qarabağ erməniləri arasında da Rusiyanın təsirini azaltmağa çalışır...

Bütün bunlarla yanaşı, belə görünür ki, separatçılar arasındakı bu didişməni və “hakimiyyət davası”nı həll edəcək yeganə qüvvə var – Azərbaycan Ordusu!

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"