Tramp Azərbaycan və Ermənistan rəhbərlərini niyə təbrik etdi - ABŞ-dan şərh

26 oktyabr, 2020 11:06

ADR Hərəkatınln lideri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu Vətən müharibəsinin epizodlarına dair sağlam mühakimə və maraqlı şərhlərin müəllifidir. Əslən Füzuli rayonundan olan Q.İbadoğlu sonuncu humanitar atəşkəs anlaşmasına dair də öz fikirlərini yazıb.

Azsiyasət.com həmin şərhi oxuculara təqdim edir: 


Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ-dan gözləməyə dəymir

"Qubadlının qələbə sevincinin dadını çıxarmamış okeanın o tayından yeni xəbər gəldi. Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür ki, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər.

Trampa twitterdə bunları yazdırmağa nail oldular: 

"Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm." Bu tvitdən açıq görsənir ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib.

ABŞ-da seçkiyə 1 həftə qaldı. Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Baydenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olursa olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi.

Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir. Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq. Ona görə də böyük ehtimalla Rusiya ermənilər vasitəsilə atəşkəsin pozulmasına nail olacaq.

Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ müharibəsi tarixində 15 dəfədən çox atəşkəs razılaşması olub, yalnız 2 dəfə - 1994-cü il may və 2016-cı il aprel aylarında- əməl olunub. Hər ikisində də Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırıb, qalan vaxtlarda isə atəşkəsi həmişə ermənilər pozub.

Növbəti danışıqlar oktyabrın 29-da olacaq. Həmin gün Cenevrədə Minsk Qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşəcək.

Bu arada bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur."

O çıxışını belə yekunlaşdıırb: "Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir."

İnşallah, tezliklə Azərbaycanın xilaskar ordusu Laçını və Kəlbəcəri də işğaldan azad edər. Hədəfdə onlardır. Yolları açıq və aydın olsun!"

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"