Qarabağda separatçılar müharibəyə hazırlaşır

31 may, 2023 11:25

Separatçılar Qarabağda təxribat hücumlarını intensivləşdirib.

Azsiyaset.com Publika.az-a istinadən xəbər verir ki, son iki gündə qanunsuz erməni silahlı dəstələri Ordumuzun mövqelərinə təxribat atəşi açır.

Bununla yanaşı, Rusiya sülhməramlılarının müşayiəti ilə yenidən silah-sursat daşınmasına cəhdlər edilir.

Prezident İlham Əliyevin təslim olmaq və amnistiyadan yararlanmaq imkanı ilə bağlı son çağırışından imtina edən separatçıların “erməni əhali Azərbaycanın tərkibində yaşamaq istəmir” görüntüsü yaratmaq məqsədilə təxribatlar törədəcəyi, Qarabağda toqquşmalar yaradacağı ehtimalı böyükdür. Lakin bu da onların “xilasına” imkan verməyəcək.

Separatçılar bütün variantları düşünür, müzakirə edirlər.

“İravunk” qəzeti yazır ki, Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var.

Üç ssenari üzərində müzakirə aparılır:

1. Əliyevin tələbini qəbul etmək və anlaşmaq: buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər;

2. Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq;

3. Qarabağı tamamilə tərk etmək.

“İravunk” yazır ki, az da olsa, ikinci variant haqqında müzakirələr gedir: “Lakin bu çox ümidsiz görünür. Ermənistanda Paşinyanın bəyanatına qarşı çoxminlik etiraz mitinqi keçirildimi? Mövcud vəziyyət 1988-ci ildəki (separatizmin başlanması) kimidir? Qarabağda nə qədər mərmi, silah-sursat, hərbi texnika, döyüşə biləcək canlı qüvvə var? Bu suallar reallığın danışılanlarla tərs-mütənasib olduğunu deməyə əsas verir. Misal üçün, hərbi müstəvidə mübarizə başlandı, neçə gün duruş gətirə biləcəklər?! Bir-iki günlük döyüşdən sonra silah-sursat da bitəcək”.

Nəşr separatçılara vəziyyətdən çıxmaq üçün təklif verir: “Bu, başqa ölkənin nəzarətinə keçməkdir, təbii ki, həmin ölkə Ermənistan deyil. Bu, İran və Rusiya ola bilər. İranın bu yükün altına girəcəyi ehtimalı azdır, o baxımdan, Rusiya bəlkə nələrsə edə bilər”.

Bu “çıxış yolları” ermənilərin təxəyüllünün məhsuludur və hər kəs anlayır ki, mövcud şərtlərdə separatçıları nə “döyüşmək”, nə də başqa bir ölkə xilas edə bilməyəcək. Yeganə yolu Bakıya təslim olmaqdır.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI