"Ordunun rəhbərliyi milli kadrlarla gücləndirilməlidir" - Qüdrət Həsənquliyev

18 iyul, 2020 13:33

“Hazırda cəmiyyətdə həm pandemiyadan, həm də Ermənistanın təcavüzündən qaynaqlanan gərginlik yaşanmaqdadır. İnsanlar həm karantin, həm də atəşkəs rejimindən yorulublar. Xalqımız işləmək, torpaqlarımızı azad etmək istəyir. Amma hər ikisindən imtina etməkdə ciddi problemlər var”.

Bunları deputat, BAXCP sədri Qüdrət Həsənquliyev iyulun 14-ü gecə Bakıda və digər şəhər və rayonlarda keçirilən aksiyalara və karantin rejiminin daha 2 həftə uzatmaq niyyətinə münasibət bildirərkən deyib.

Deputat ümid etdiyini bildirib ki, karantin rejimi iyulun 20-dən sonra məcburi tibbi maska taxmaq şərtilə aradan qaldırıla bilər. “Bundan sonra da karantin rejiminin uzadılması ölkəmiz üçün ağır nəticələr yarada biləcək sosial-psixoloji problemlərə yol aça bilər. Əminəm ki, 14 iyuldakı yürüş zamanı bəzi şəxslərin həddindən artıq emosional davranışı evə qapanmaqdan qaynaqlanırdı”.

Q.Həsənquliyevin fikrincə, atəşkəs rejimindən imtina edib, torpaqlarımızı işğaldan azad etmək üçün isə ilk növbədə güclü peşəkar orduya sahib olmalıyıq. “Elə bir orduya ki, ermənilərə kənardan yardım olunsa belə bu, qələbəmizi şübhə altına salmasın. Bunun üçün Orduda ciddi islahatlar aparılmalıdır. Uzun illər ərzində Milli Məclisdə, mətbuatda dəfələrlə məsələ qaldırmışam ki, peşəkar ordu qurmalıyıq, müdafiə naziri inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, mülki şəxs olmalıdır. Adı uğursuzluq simvoluna çevrilmiş şəxslər, nəhayət ki, ordu rəhbərliyindən uzaqlaşdırılmalı, ordu rəhbərliyi milli kadrlarla gücləndirilməlidir. Bloklara qoşulmamaq doktrinası Qarabağın azadlığına töhfə vermədiyi üçün Azərbaycan Rusiya ilə Qarabağın azad olunması istiqamətində danışıqlar aparmalı və nətcəsindən asılı olaraq xarici siyasət kursuna və müdafiə doktrinasına yenidən baxmalıdır”. 

Partiya sədri daha sonra qeyd edib ki, danışıqlarla, diplomatik yolla biz Qarabağı azad edə bilmərik. Danışıqlar və diplomatiya bizə ona görə lazım idi ki, güclü iqtisadiyyat və ordu qurmaq üçün vaxt udaq, xarici dövlətlərlə işləyək ki, müharibə başlayanda onlar Ermənistana açıq və güclü dəstək verməsin. “Hal-hazırda mən də, xalqımızın böyük əksəriyyəti də görür ki, Prezident vəziyyəti dəyişmək üçün ciddi səy göstərir, kadr islahatları həyata keçirir. Ona güvənmək və onu dəstəkləmək lazımdır. İndiki dövrdə hökumət əleyhinə etiraz aksiyaları təşkil etmək və hakimiyyət dəyişikliyinə cəhd Azərbaycanı məhv edərdi. Hesab edirəm bunu sağlam düşüncəli insanların hamısı başa düşür”.

14 iyulda aksiya iştirakçılarının qarşısına ziyalıların, deputatların və rəsmilərin çıxmaması məsələsinə gəlincə, Q.Həsənquliyev deyib ki, bu ittihamın heç bir əsası yoxdur. “Həmin gecə həm Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həm Müdafiə nazirinin müavini aksiya iştirakçılarının arasına gəlmişdi. Amma aksiya əvvəldən mitinq kimi təşkil olunmadığı, səsgücləndiricilər quraşdırılmadığı üçün onların səsini neçə adam eşidə bilərdi? Ali Baş Komandan cəbhədə döyüşlər getdiyi bir vaxtda, gecə vaxtı, ciddi mühafizəni təmin etməyin mümkün olmadığı bir şəraitdə, təxribatçıların ola biləcəyi proqnozlaşdırıldığı halda necə kütlənin arasına gələ bilərdi? Hansı ağılla bu cür fikirlər səsləndirirlər? Bu cür təxribatçı fikirlər hakimiyyət nümayəndələrini və ziyalıları xalqın gözündən salmaqla cəmiyyətdə boşluq yaradıb, onu xaosa sürükləmək məqsədilə səsləndirilir". (azpolitika)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI