Baydenin Bakı ilə bağlı planı nədir? - ABŞ liderinin məktubundakı əsas detallar

31 may, 2023 14:58

Cari hadisələr, Prezident İlham Əliyevin son bir ay ərzində keçirdiyi görüşlər, etdiyi səfərlər və aparılan müzakirələrin məzmunu və əhatə dairəsi ölkəmizin beynəlxalq nüfuzunu, Bakının nəyinki regional miqyasda əsas mərkəzə çevrildiyi, hətta qlobal gündəliyə təsir edən və mühüm məsələlərin həllində söz sahibi kimi çıxış etdiyi təsdiq edir.

Bu gün Azərbaycanın nəyinki regional, eləcə də qitənin və ümumi olaraq materikin təhlükəsizliyi məsələsindəki əhəmiyyəti, həlledici funksiyası sürətlə artır. Artıq dünyanın aparıcı güc mərkəzləri, əsas aktorları bu gün istənilən məsələdə Azərbaycanın fikri, mövqeyi ilə hesablaşmağın vacibliyini hiss edirlər. Bu proses 44 günlük Vətən müharibəsinin ardından daha da aktuallığını artırıb.

Hazırda Azərbaycanın öz logistika imkanları, qitənin enerji təhlükəsizliyindəki vacib iştirakı ilə yanaşı öz iqtisadi və hərbi gücünü artırması da bu məsələdə olduqca önəmli faktor kimi diqqətdən yayınmır.

Bu gün ABŞ dövlət başçısı Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanla bağlı yer verdiyi fikirlərlə yanaşı Prezident İlham Əliyevə ünvanladığı məktubun məğzinə də nəzər yetirəndə rəsmi Vaşinqton üçün Bakının qlobal və regional məsələlərdəki rolunun nə qədər yüksək olduğunu anlamaq olur.

Bayden istər tədbir iştirakçılarına, istərsə dövlət başçımıza ünvanladığı məktubda açıq bəyan edir ki, 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir.

Bəli, ABŞ lideri bu fikirlərlə bir daha Azərbaycanın nə qədər əhəmiyyətli bir tərəfdaş, etibarlı dövlət olduğunu və Prezident İlham Əliyevin yürütdüyü siyasətin, gördüyü işlərin Vaşinqtonda da təqdir edildiyini növbəti dəfə nümayiş etdirdi. Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu.

Co Baydenin də qeyd etdiyi, 30 illik bir tarixə malik diplomatik münasibətlər hər iki dövlətin qarşılıqlı əlaqələrdə maraqlı olmasından xəbər verir. Bu isə hazırki reallıqlar prizmasından siyasi, iqtisadi, humanitar məsələlərlə bağlı müzakirələri aktuallaşdırır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə reigonda yeni siyasi - iqtisadi reallıqlar formalaşdırdı ki, bu da Azərbaycanın qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirməsində önəmli rol oynadı.

Baydenin məktubunun sonunda qeyd edilən "Biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik" fikirləri də bir daha düşünməyə əsas verir ki, artıq ABŞ da Azərbaycanın 3 il əvvəl yaratdığı yeni geosiyasi reallığı qəbul edir, bölgədə "Dağlıq Qarabağ" adlı münaqişənin yoxluğu ilə barışır və çox yaxşı anlayır ki, bu amil Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni perspektiv vəd etməkdədir.

Burada ortaya çıxan digər maraqlı məqam isə ondan ibarətdir ki, ABŞ qlobal iqtisadi əməkdaşlıqda Azərbaycanın rolunun daha da möhkəmlənməsi üçün mühüm addımlar ata bilər. Bakıya bu istiqamətdə ən böyük yardım sülh sazişinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasında və təhlükəsizliyinin qarant altına alınmasında Ermənistana edilən təzyiqlərin artması istiqamətindədir.

Vaşinqton formatında mayın əvvəlində Ermənistan və Azərbaycan XİN başçıları arasında Dövlət Departamentinin rəhbərinin moderatorluğu ilə keçirilən görüşlər də ABŞ-ın Cənubi Qafqazda sülhün təşviqində nə qədər maraqlı olduğunu göstərdi. Ağ Evdə də yaxşı anlayırlar ki, bölgədə sabitlik hökm sürmədiyi müddətcə hər hansı bir iri iqtisadi layihələrin icrasının yaxın perespektivdə baş verməsinə ümidlər də azalır. Ona görə, ABŞ üçün də Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaxın perespektivdə imzalanması məsələsi prioritet məsələlərdən biri hesab edilə bilər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI