İranda həbs edilmiş tələbənin anası Azərbaycan rəhbərliyindən kömək istəyir

02 iyun, 2023 16:10

İranda casusluq ittihamı ilə həbs edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək oğlunun azad edilməsinə köməklik göstərilməsini xahiş edib.

Əsgərovanın Facebook hesabında yayımlanan müraciətdə deyilir: “ İrana dostunu görməyə gedən oğlum Fərid Səfərlidən üç aydır ki, xəbər ala bilmirəm. Dunən Azərbaycan Xarici İşlər Nazirliyi mənə ünvanladığı məktubda oğlumun İranda casusluq ittihamı ilə saxlanıldığını bildirib. Mən bu ittihamı rədd edirəm. Duşunurəm ki, Fərid iki olkə arasındakı konfliktin qurbani olub”, - müraciətdə qeyd edilir.

“Mehriban xanim, Fərid ADA Universitetində sizin oğlunuz Heydərlə tələbə yoldaşı olub. Siz bir ana kimi məni daha yaxşı başa düşərsiniz”, - Əsgərova yazıb.

O, İlham Əliyevə müraciət edərək yazır: “Cənab prezident, Fərid İranda mudafiəsiz qalıb. Onun vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılması üçün kömək etməyinizi xahiş edirəm. İnanıram ki, siz Azərbaycan dovləti adina Fəridi mudafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Turan agentliyinin sorğusuna cavab olaraq bildirib ki, xarici siyasət idarəsi Azərbaycan vətəndaşının İranda yoxa çıxması barədə məlumat aldıqdan dərhal sonra martın 9-da İranın Bakıdakı səfirliyinə nota göndərib.

“Çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Səfərlinin ailəsinə müvafiq məlumat verilib.  Yanvarın 27-də Azərbaycan səfirliyinə qarşı törədilmiş məlum terror hadisəsilə əlaqədar Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin məhdud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi və Təbrizdəki Baş Konsulluq İranın müvafiq qurumları ilə müzakirələr aparır və Səfərliylə əlaqə saxlayır”, - Hacızadə deyib.

“Azərbaycanın Təbrizdəki Baş konsulluğu Fərid Səfərliylə görüş üçün tədbirlər görür”, - Hacızadə qeyd edib.

Xatırladaq ki, Fərid Səfərli Almaniya universitetlərindən birinin tələbəsidir. Fevralda tələbə dostunun dəvətilə İrana gedib. Bir neçə gündən sonra onunla əlaqə kəsilib. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI