"Anklavlar məsələsi ilə delimitasiya komissiyası məşğul olmalıdır" - Mirzoyan

05 iyun, 2023 16:13

Anklavlar məsələsi ilə delimitasiya komissiyası məşğul olmalıdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı deyib.

Mirzoyan Sovet Ermənistanının son illərində ölkə ərazisində Azərbaycanın anklavlarının mövcud olduğunu qeyd edib. Əlavə edib ki, məsələ ilə məhz delimitasiya komissiyası məşğul olmalıdır və bu istiqamətdə müxtəlif həll yolları müzakirə ediləcək.