"Tərtər işi"ndə sensasion ittiham - 3 gizirlə 1 kapitan yüzlərlə hərbçiyə işgəncə verib və...

07 iyun, 2023 15:57

“Tərtər işi” üzrə daha bir qrupun işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısına daha 4 nəfər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıblar. Bu 4 müttəhim yüzlərlə hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Bundan əvvəlki 4 və 5 nəfərdən ibarət 2 qrupun işində olduğu kimi, bunların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə qarşısına çıxarılan müttəhimlərin hər biri bundan əvvəl 1 dəfə elə Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunub. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay - 6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

Təqsirləndirilən şəxslərdən 30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib.

Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir. Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəmişdi.

“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin” deyə təqsirləndirilən bildirmişdi.

Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə etmişdilər.

“Azərbaycan ictimaiyyəti bilməlidir ki, kimlər göstəriş verib”, - Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub, 6 ilə yaxın həbsdə saxlandıqdan sonra dekabrda bəraət alıb azadlığa buraxılmış Müşfiq Ədmədli bildirmişdi.

“Tərtər işi” üzrə Sumqayıt Məhkəmə Kompleksində aparılan digər 2 işdə olduğu kimi, bu iş üzrə də təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətlənirlər. Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.

Zərərçəkən Elçin Əliyevin vəkili Türkel Süleymanlı hakimin diqqətinə çatdırmışdı ki, cinayət işində elə təqdim olunub ki, sanki hərbi prokuror Xanlar Vəliyevə, onun tabeliyində olan müstəntiqlərə, hərbi dəniz qüvvələrinin rəhbəri Zaur Quliyevə, korpus komandiri Hikmət Həsənova adi gizirlər əmr verib Tərtərə gətirmişdi.

“Dövlətə xəyanət ittihamıyla cinayət işi başlanmasını, bu haqda ictimaiyyətə məlumat verilməsini gizirlər göstəriş vermişdi?”, - vəkil bildirmişdi.

Türkel Süleymanlı əlavə etmişdi ki, bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır.

Təqsirləndirilən Sənan Maşıyevin vəkili bildirmişdi ki, Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovla yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş qərargah rəisi, hətta indiki qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.

Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılmışdı. Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim bildirib ki, bu məsələyə əsas şahidlər dindiriləndən sonra baxılacaq. İşin istintaqa qaytarılması haqda vəsatət isə təmin olunmayıb. Hazırda iş üzrə məhkəmə prosesi davam edir(musavat.com). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"