"Avropada silah anbarları boşalıb" - Slovakiyanın keçmiş baş naziri
12 iyun, 2023 12:15
"Avropadakı silah anbarları xaraba qalıb və onların doldurulması 5-10 il çəkəcək".
Bu fikri bazar günü Slovakiyanın keçmiş baş naziri və "Səs - sosial demokratiya" partiyasının lideri Peter Pelleqrini deyib.
“Avropada silahlı]anbarlar boşaldılıb, bütün ordu silah təchizatını artırmalıdır. Bu, 5-10 illik işdir”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Slovakiya resurs çatışmazlığı səbəbindən artıq Ukraynaya əhəmiyyətli hərbi yardım göstərə bilməyəcək.