"Nemezis" heykəlinin qoyulması yanlışdır - Simonyan

13 iyun, 2023 14:32

"Mən özüm "Nemezis" heykəlinin qoyulmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasəti deyil və ola da bilməz". 

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Onun sözlərinə görə, məsələnin məhkəmədən kənar həlli dövlət siyasətinin xətti ola bilməz. 

Qeyd edək ki, 26 aprel tarixində İrəvanda "Nemezis" heykəli qoyukub. Türkiyə buna etiraz olaraq öz hava məkanını Ermənistana bağlayıb.