Bəxtiyar Sadıqov "Azərbaycan"ı satışa çıxarıb - Əlikram Hümbətovun dostları revanş götürür?

13 iyun, 2023 17:59

Azərbaycan mediasının mazaxist qatillərindən hesab olunan, mətbu sıçovul, “Azərbaycan” qəzetinin 73 yaşlı baş redaktoru Bəxtiyar Sadıqov bu gün Milli Məclisdə çıxış edərək bildirib:

“Azərbaycan” qəzetinə hər il 1,5 milyon manat pul ayrılmalıdır. Əgər qəzetə sistemli pul ayrılmasa, qəzetin fəaliyyətini dayandıracağıq”.

Hamı üçün maraqlı olar, bəribaşdan deyim ki, B.Sadıqovun kürəkəni Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “Talış-Muğan” respublikasının təhsil naziri təyin edilmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra məşhur seperatçı H.Sadıqov ölkədən qaçıb getmişdi. O, bir neçə il ölkədən kənarda yaşayaraq, Ə.Hüməbotovla dostluq əlaqələrini də davam etdirirdi.

Bəs sonra nə baş verdi? B.Sadıqov deputat “seçildi”, “Azərbaycan” qəzetinin baş redaktoru oldu və bundan sonra H.Sadıqovun Azərbaycana qayıdışı təmin olundu. Ancaq məsələ bununla da bitmədi. Azərbaycanı bölmək iddiasından olan şəxslərdən biri H.Sadıqov B.Sadıqovun ciddi cəhdlərindən sonra Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat aldı.

Məsələ bununla da bitmədi. B.Sadıqovun bacısı Rəfiqə Sadıqovanı, yəni Həsənbala Sadıqovun arvadını “Gəncənin səsi” qəzetinə baş redaktor təyin elədilər. Hələ bu kifayət etməmişdi, daha sonra B.Sadıqovun bacısı oğlu Yalçın hərbi komissarlıqda yüksək vəzifələrə təyin olundu və o, gənclərə “ne qodnı” hərbi biletlər paylamaqla milyonlara sahiblənmişdi. Bütün bunları kim edirdi? Təbii ki, impulsiv media qəssabı Bəxtiyar Sadıqov!

İndi B.Sadıqovun bu günkü tələbi klassik bədbəxtin naləsi deyil. Uzun illərdir dövlət büdcəsinin ənənəvi ekstaza saldığı bu adam Martkovun pulla işləyən qadın “pinəçi”ləri kimi pul tələb edir. B.Sadıqov, şantaj həmişə keçmir!

Bu adamın (?) ifadələrindəki emosiyaya və səsləndirdiyi şantaja diqqət edin! 2002-ci ildən qəzetə rəhbərlik edən B.Sadıqov elə başa düşür ki, “Azərbaycan” qəzeti onun dədə mülküdür. Yəni, hökumət pul versə, işlədəcək, pul verməsə, bağlayacaq. B.Sadıqov, bəs ideologiya, dövlətçilik, media təəssübkeşliyi?!

Ey qəzet qatili, sən market müdirisən, yoxsa avsikassa işlədirsən? Bu 22 il ərzində niyə “Azərbaycan” qəzetini tamamilə büdcədən asılı vəziyyətə saldın? 22 ildir “Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc olunur. Hər biri də 50 manatdan - bir aya 30 min manat! Hara dürtmüsən, kimə xərcləmisən təkcə “başsağlığı”ndan gələn bu qədər vəsaiti?

Rəhbərlik elədiyin qəzet qəbirstanlığı xatırladır, hansısa məmurun “qaynanasının əmisi qızının xalasının kürəkəni” öləndə 500 manatdan aşağı “başsağlığı” dərc etmirsən. Ey mətbu qəssab, bu ölkədə illərdir qəpik-quruşla sayt-qəzet quran jurnalistlər var, illərdir döyüşürlər, sənsə 22 ildir siçovul kimi dövlət qəzetində büdcə puluna təcavüzlə məşğulsan! Nə vaxta qədər bu dövlət sənə pul ayırmalıdır və sən də o pulları özünə, ailə üzvlərinə, qohum-əqrabana xərcləməlisən? Adamın nə qədər mənzili, bağı olar, a kişi! Sən utanmadan “Yusif Məmmədəliyev” medalı alan adamsan (?)!!!

- Əməkdar jurnalist adını almısan

- “Şöhrət” ordeni almısan

- 20 il deputat mandatı daşımısan

Hələ 2014-cü ildə Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin özünə məxsus olduğunu açıq şəkildə bəyan edirdi. Köhnə jurnalistlər söhbətin hansı hadisələrdən getdiyini yaxşı xatırlayarlar. Hətta həmin vaxt Prezidentin sərəncamını da qəzetdə dərc etməyən B.Sadıqov hökumətə əzələ nümayiş etdirirdi.

“Azərbaycan” qəzeti bu günə qədər dövlətdən ən çox yardım alan mətbu orqandır. Bu qəzetin elə işçiləri var ki, milyonlarla dəyəri olan sərvətə sahiblənib. Dövlətin mediaya göstərdiyi hər hansı dəstəyin siyahısında həmişə ilk yerdə bu qəzetin əməkdaşları qərarlaşıblar. Niyə, nə üçün? Hazır press-relizləri, Azərtac-dan oğurlanan materialları dərc etdiyinə görə? Nə vaxt sənin qəzetində bircə analitik məqalə dərc olunub? Vaxtilə bütün deputatları “Azərbaycan”a aylıq pul ödəməyə məcbur etmişdin. Rəhbərlik etdiyin qəzetdə İlham Əliyevdən daha çox Rami Mehdiyev barədə yazmısan. İ.Əliyev haqqındakı məqalələrə müxbirlərin imzasını, R.Mehdiyev haqqındakı məqalələrə isə öz imzasını həyasızcasına yapışdıran Bəxtiyar Sadıqov sən deyilsən?

Sən pul tələb etmə, çıx get! Neçə ki gedəcəksən! “Azərbaycan” qəzeti dədən Yusifdən miras qalmayıb ki... İndi dövlət ya bu acgöz qəssabın şantajına boyun yəməlidir, ya da onu bir dəfəlik qəzetdən rədd etməlidir!

Müəllif: Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"