Laçın postuna zirehli texnikalar verildi...

21 iyun, 2023 12:32

Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmışdı. Nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri almışdı.

Bundan dərhal sonra DSX cavab tədbirləri görüb. “Laçın” sərhəd-keçid məntəqəsi insidentin araşdırılması, günahkarların tapılmasına qədər bağlanıb.

Bu gün “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə zirehli texnikalar yığılıb.

Bununla bağlı fotogörütülər sosial şəbəkələrdə yayılıb.