Dövlət Departamentində bildiriblər ki, Azərbaycan və Ermənistan "yaxın vaxtlarda" Vaşinqtonda danışıqları bərpa edəcəklər

22 iyun, 2023 11:23

Vaşinqton sərhəddə zorakılığın artması fonunda fikir ayrılıqlarını aradan qaldırmağa çalışaraq Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı danışıqların növbəti raundunu “yaxın vaxtlarda”  planlaşdırmaq üzərində çalışır.

"Biz yaxın vaxtlarda Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik, belə ki tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə can atmağa davam edirlər”, - çərşənbə günü mətbuat brifinqində Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Vedant Patel Turan-ın sualını cavablandırarkən bildirib.

Öncə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın ötən həftənin əvvəlində sülh danışıqları üçün Vaşinqtona səfər edəcəyi gözlənilirdi, lakin son anda səfər təxirə salınıb.

"Biz əvvəlkitək hesab edirik ki, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır...", - Patel əlavə edib. «...Biz əvvəlkitək hesab edirik ki, gərginliyi qızışdıracaq və artıracaq addımlar, şübhəsiz ki, indi səmərəsizdir, çünki Ermənistanla Azərbaycan arasında danışıqlar müxtəlif meydançalarda aparılır. Odur ki, biz bununla məşğul olmağa davam edəcəyik və tezliklə danışıqların daha bir raundunun keçiriləcəyini səbirsizliklə gözləyirik".

Vaşinqtonun vasitəçilik səylərini azaltmaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son cəhdlərilə bağlı sualın cavabında Patel ümumilikdə deyib ki, ABŞ sülh prosesində "mühüm tərəfdaş" olub və əgər Rusiya bunda konstruktiv rol oynaya biləcəyini hesab edirsə, "əlbəttə ki, alqışlanır, amma biz bu danışıqların irəlilədiyini, onların davam etdiyini hiss etməyə davam edirik ...»

Sonra o dəqiqləşdirib: "Dövlət katibi şəxsən bununla məşğul olub. Aleks, mən bilirəm ki, siz bu məsələlərin üzərində işləmisiniz və onları çox yaxından izləmisiniz, həm katib, həm də işgüzar səviyyədə baş verən qarşılıqlı əlaqələrin sayını bilirsiniz və bütün bunların hamısı o faktı əks etdirir ki,  birbaşa dialoq bu problemi həll etmək, davamlı və layiqli  sülhə nail olmaq üçün açardır”.

"Və biz də bu prosesdə dialoqun əvəzlənə bilməyəcəyini düşünməyə davam edirik", -  Patel fikrini yekunlaşdırıb.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR