Lalə Şövkət xanımın partiyası öz fəaliyyətini dayandırdı - ALP-nin son bəyanatı

24 iyun, 2023 14:29

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Azsiyaset.com Musavat.com-a istinadla xəbər verir ki, bu, Lalə Şövkətin sədrlik etdiyi  Azərbaycan Liberal Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Bəyanatın mətnini olduğu kimi təqdim edirik:

“Azərbaycan torpaqlarının erməni qəskarları tərəfindən işğalı ilə barışmayan,  bütün siyasi mübarizəsini Qarabağın azadlığına həsr edən insanların 1995-ci ildə yaratmış olduğu Azərbaycan Liberal Partiyası fəaliyyəti dövründə ölkənin siyasi-ictimai həyatında fəal iştirak etmişdir. Yaradılandan qısa müddət sonra dövlət qeydiyyatına alınan Partiya ölkədə keçirilən seçilərdə öz aktivliyi ilə daim seçilmiş və üzvlərinin əqidə birliyinə arxalanaraq siyasi mübarizlərdən çəkinməmişdir.

Qarabağın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması, köçkün vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması, insanlarımızın rifah halının yaxşılaşdırılması, ölkədə demokratik ənənələrin bərqərar olması, insanların hüquq və azadlıqlarının təmin olunması kimi məsələlərdə layiqli mövqe ortaya qoyan Azərbaycan Liberal Partiyası son dövlərdə də ölkəmizdə baş verən siyasi prosesləri aydın şəkildə müşahidə etməkdədir.

Müasir zamanda müşahidə edilən prosesləri, mövcud geosiyasi və siyasi-hüquqi reallıqları nəzərə alan Azərbaycan Liberal Partiyası öz siyasi fəaliyyətini dayandırmaqla bağlı qərar vermişdir. Təəssüflər ki, bəzi obyektiv və subyektiv səbəblərdən Partiyamızın fəaliyyəti kifayət qədər aktiv ola bilməmişdir.

Partiyamızın üzvlərinə Partiyaya dərin təşəkkür bildirir, bundan sonrakı fəaliyyətlərində uğurlar və aktiv vətəndaş mövqelərini daim qorumağı arzulayırıq.

Qeyd edək ki, Azərbaycan Liberal Partiyasının qurucusu və rəhbəri Lalə Şövkət Hacıyevadır.

 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"