"Bu gün Paşinyanı söydülər və Əliyevi təriflədilər" - Solovyov - ÖZÜNÜİFŞA

26 oktyabr, 2020 23:31

Sosial şəbəkələrdə Rusiya telejurnalisti Vladimir Solovyovun milyarder Qod Nisanov ilə audio yazısı yayılıb.

Azsiyasət.com virtualaz.org-a istinadla bildirir ki, audio yazıda V.Solovyov veriliş zamanı Azərbaycanı tənqid etdiyinə görə üzr istəyir.

Solovyov xüsusən qeyd edir ki, bu fraqment onun verilişindən kəsilib və proqrama daxil edilməyib, amma "hansısa degenerat bunu "Rossiya"telekanalının saytında anonslara qoyub”.

"Əzizim, Qod Semyonoviç, hər şeyi başa düşürəm, sizin narahatlığınızı bölüşürəm,  amma qoy bu gün baxsınlar, bu gün Paşinyanı söydülər və Əliyevi çox təriflədilər. Mən şəxsən Əliyevi çox tərifləmişəm", - deyə Solovyov vurğulayıb.