Rusiya XİN-dən 15 iyul görüşünə reaksiya...

13 iyul, 2023 16:03

"Moskva Ermənistan və Azərbaycan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 15 iyulda baş tutacaq Brüssel görüşünü şərh edərkən deyib.

Bununla belə, Zaxarova hesab edir ki, danışıqların yekunlarına əsasən nəticə çıxarmaq olar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.