Fidan Lavrovla taxıl sazişini müzakirə etdi

18 iyul, 2023 14:19

Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, nazirlər taxıl sazişin müzakirə ediblər. Bundan başqa XİN rəhbərləri Rusiyanın Türkiyəyə meşə yanğınlarına qarşı mübarizədə yanğınsöndürən təyyarə göndərməsi barədə danışıqlar aparıblar.

Xatırladaq ki, Rusiya iyulun 17-də başa çatan taxıl sazişinin müddətini uzatmaqdan imtina edib.