"Putin "BRİKS" sammitinə niyə qatılmayacaq? - "Reuters"

19 iyul, 2023 17:54

Rusiya Prezidenti Vladimir Putin avqustda Cənubi Afrikada keçiriləcək “BRİKS” sammitində iştirak etməyəcək.

Bu barədə Böyük Britaniyanın məşhur “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Putini bu sammitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Putindən fəqli olaraq Braziliya, Hindistan, Çin və Cənubi Afrika liderlərinin sammitdə iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) mart ayında Prezident Vladimir Putinin həbsinə dair order verib. Cənubi Afrika Respublikası da Roma Statutunu imzalayan ölkələr sırasındadır.

Xatırladaq ki, təşkilat 2006-cı ilin iyununda təsis olunub. BRİKS-in sammiti avqustda keçiriləcək. BRİKS-ə üzv olan dövlətlər bunlardır – Braziliya, Rusiya, Hindistan, Çin və CAR. Onun ilk sammiti 2009-cu il iyunun 19-da keçirilib.