"Qarabağ ermənilərinin inteqrasiyasına hakim xunta mane olur" - İlham Əliyev

22 iyul, 2023 12:30

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və dövlətinə reinteqrasiyası məsələsi onları girov saxlayan xuntadan nə vaxt xilas ola biləcəklərindən asılıdır.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də “4-cü sənaye inqilabı dövründə yeni media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.

Ağdam-Əsgəran yolunun bağlanmasına toxunan Əliyev “niyə başqa ölkədən oraya yüklər daşınmalıdır?” deyib.  Bu, məntiqli deyil. Ancaq bu jesti (xoş məramı) qəbul etmək əvəzinə orada beton bloklar qoyulur. Kim kimi blokadaya alır? Bütün məsələ bundadır", - Əliyev deyib.