İrəvanda Qarabağa görə aksiya keçirilir
24 iyul, 2023 10:41
Hazırda İrəvanda bir qrup şəxs etiraz aksiyası keçirir.
Ermənistan mətbuatı bir sıra küçələrin bağlandığı haqda məlumat yayıb.
Vurğulanır ki, aksiyanı “Biz Artsaxıq” təşəbbüs qrupu təşkil edib. Onlar , Laçın dəhlizinin bloklanması nəticəsində guya Xankəndidə humanitar problemlər yarandığına diqqət çəkmək istəyirlər.
Aksiyada kütləviliyin olmadığı, 5-10 nəfərin şəhərin ayrı-ayrı küçələrində yolu bağlamağa cəhd göstərdiyi vurğulanır.
Aksiyanın qanunsuz keçirildiyi də qeyd olunur. Bildirilir ki, polis səsgücləndirici vasitəsilə aksiya iştirakçılarına hərəkətlərinin qanunsuz olduğu barədə xəbərdarlıq edib