Azərbaycanda bu bankda nə baş verir? - 63 milyonluq depozit geri çəkildi

24 iyul, 2023 13:34

“Yapi Kredi Bank Azərbaycan” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

2023-cü ilin birinci yarısında “Yapi Kredi Bank Azərbaycan”ın xalis mənfəəti illik müqayisədə 2.6 dəfə artaraq 3 milyon 604 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 1 milyon 361 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, faiz xərcləri isə 26% artaraq 1.1 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 9.3 milyon manata ( illik müqayisədə 11.3% çox), qeyri-faiz xərcləri isə 18.1 milyon manata ( illik müqayisədə 20.5% çox) bərabər olub. Beləliklə bank 7.1 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 58.5% və ya 2.6 milyon manat artım deməkdir.

Eyni dövrdə bankın nağd pul vəsaitləri 43% və ya 73.2 milyon manat azalaraq 97 milyon 445 min manat təşkil edib.

Bu dövrdə bank kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 10.8% və ya 52 milyon manat azalaraq 429.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Yapi Kredi Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 6% və ya 14.3 milyon manat artaraq 251.2 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 52.1 milyon manat ( illik müqayisədə 15.1% çox), biznes kreditləri 170.9 milyon manat ( illik müqayisədə 1% çox), daşınmaz əmlak kreditləri isə 28.1 milyon manat ( illik müqayisədə 25.3% çox) təşkil edib.

Bu dövrdə “Yapi Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 760.9 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 14.2% və ya 56.5 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 16.7% və ya 60.6 milyon manat azalaraq 303.2 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 63.6 milyon manat və ya 22.5% azalaraq 219.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 2.9 milyon manat və ya 3.7% artaraq 83.7 milyon manat olub.

2023-cü il iyul ayının 1-nə “Yapi Kredi Bank Azərbaycan” ın cəmi kapitalı 5.3% və ya 4.4 milyon manat artaraq 88,5 milyon manat təşkil edib(APA-Economics).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"