“Bu sifarişdir! Terrorun himayəçiləri Türkiyəni və Azərbaycanı vurmağa çalışır...” "Yeni Şafak"ın Baş redaktoru terror haqda

27 oktyabr, 2020 16:46

Ötən gün Türkiyənin Suriya ilə sərhəddində yerləşən Hatay vilayətinin İsgenderun şəhərində terror aktı törədilib. Hatay vilayətinin qubernatoru Rahmi Doğan bildirib ki, terror aktı törətmək məqsədilə iki qrupdan ibarət olan PKK üzvləri Suriyanın Menbic şəhərindən gəliblər. Birinci qrup sentyabrın 28-də ikinci isə oktyabrın 10-da gəliblər. Məqsədləri içərisinə bomba qoyulmuş avtomobili partlatmaq olub.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, terroçulardan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və zərərsizləşdirilib, bir nəfər polis isə yaralanıb.

İskenderun Hatay əyalətinin ən böyük yaşayış məntəqəsidir. Burada 305 mindən çox insan yaşayır. Şəhər sakinləri sosial şəbəkələrdə hadisə yerindən fotolar paylaşıblar. Partlayış yaşayış binalarının yaxınlığında baş verib.

"Terrorçular Amanos (Nur) dağlarından gəliblər. Həmin ərazidə uzun illərdir ki, PKK üzvləri fəaliyyət göstərir. Bu gün İsgenderuna girib partlayış törədən də həmin terrorçulardır. Biz bundan bir müddət öncə onları Amanos dağlarında yerlərinə otuzdurmuşuq” – qubernator R.Doğan deyib.

Qubernatorun sözlərinə görə, iki qrupdan ibarət PKK üzvlərinin  Manbidjadan Nur dağlarına göndərilməsi haqda türk əks-kəşfiyyatının məlumatı olub.  Türk hakimiyyətinin versiyasına görə, göndərilən kürd terrorçuları paramotordan istifadə etməklə qeyri-standart üsulu seçiblər.

Birinci qrupdan olan dörd terrorçu oktyabırn 18-də  neytrallaşdırılıb. Növbəti gün ikinci qrupdan iki nəfər aşkarlanıb. Bir terrorçu əməliyyat zamanı saxlanılıb, ikincisi isə zərərsizləşdirilib.

“Polis əməkdaşları oktyabrın 26-da axtarışları davam etdirdi və iki PKK yaraqlısı aşkarlandı. Sərhəd nəzarət buraxılış məntəqəsində atışma oldu. Təqib zamanı terrorçular İsgenderun ərazisində gizlənməyə çalışsalar da polis əməkdaşları onları mühasirəyə aldı. Yararlılardan biri məhv edildi, digəri isə maşından düşərək partlayıcı qurğunu işə saldı. Nəticədə əməliyyatda iştirak edən polis əməkdaşı yaralandı” – qubernator əlavə edib.

İskenderunda baş vermiş terror hadisəsindən sonra Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan şəxsi Twitter hesabında təhlükəsizlik orqanlarını qəhrəman adlandırıb, əməliyyatı uğurla başa çatdırdıqlarına görə təbrik edib.

“Ölkəmiz həm daxildə, həm də sərhəddə terrorçularla mübarizəni davam etdirir”, - R.T.Ərdoğan Twitter-də yazıb.

Türkiyənin “Yeni Safak”qəzetinin baş redaktoru İbrahim Karagül İskenderunda baş vermiş partlayışda ABŞ-ı ittiham edib. İ.Karagülün fikrincə ABŞ-ın terror planı uğursuz alınıb.

"ABŞ terror aktı barədə Türkiyəyə xəbərdarlıq etmişdi. Sonra Azərbaycanda terror aktı olacağı haqda xəbərdarlıq etdilər. Türkiyə İskenderunda böyük hücumun qarşısını ala bildi. Azərbaycan da diqqətli olmalıdır. Bu sifarişdir! Terrorizmin himayədarları iki qardaş ölkəni - Türkiyə və Azərbaycanı vurmağa çalışırlar” – redaktor qeyd edib.

Türkiyənin sosial şəbəkə istifadəçiləri də bu fikri dəstəkləyiblər. Onların fikrincə, ABŞ Ankaranı Türkiyənin müstəqil siyasətindən narazı olduğunu anlatmağa çalışır.

Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın Bakıdakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını Azərbaycanda terror təhlükəsi barədə xəbərdar edib, şəhərin mərkəzindən, insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa çağırıb. Bundan əvvəl isə Azərbaycan xüsusi xidmət orqanları Ermənistanın ölkə ərazisində terror hücumlarına əl ata biləcəyinə dair xəbərdarlıq yaymışdı.

virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI