"Bank VTB Azərbaycan"da vəziyyət "rusca"dır - Əməliyyat mənfəəti 2 dəfə azalıb

27 iyul, 2023 12:16

“Bank VTB Azərbaycan” ASC 2023-cü ilin I yarımilində 5,7 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 7,4% azdır. Bank 2022-ci ilin ilk yarısında 6,2 milyon manat xalis mənfəət açıqlamışdı.

Bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 8% artaraq 13,5 mln. manat təşkil edib. Bankın faiz xərcləri 5,4% azalaraq 3,5 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 9,5 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,1% çoxdur. 

Bankın qeyri-faiz gəliri 2,6 dəfə və ya 4,9 mln. manat azalaraq 3,2 mln. manat, qeyri-faiz xərcləri isə 20,9% azalaraq 12,1 mln. manat təşkil edib. 2023-cü ilin I yarısında Rusiya bankının törəməsi 479 min manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır. Halbuki, ötən ilin ilk yarısında bank 1,04 mln. manat əməliyyat mənfəəti açıqlamışdı.

1 iyul 2023-cü il tarixinə bankın cəmi aktivləri 1,7% azalaraq 234,3 milyon manata enib. Kredit portfeli isə (müştərilərə verilmiş xalis kreditlər) 10,8% böyüyərək 152,7 milyon manata çatıb. “Bank VTB Azərbaycan”nın öhdəlikləri isə 6,3% azalaraq 148,1 milyon manata enib. Bankın depozit portfeli 10,8% və ya 10,2 mln. manat azalaraq 84,6 milyon manata, o cümlədən fiziki şəxslərin bankdakı əmanətləri 8,2 mln. manat azalaraq 55,6 mln. manata, hüquqi şəxslərin əmanətləri isə 1,97 mln. manat azalaraq 29,1 mln. manata enib.

Bu dövrdə bankın cəmi kapitalı 7,5% artaraq 86,2 milyon manata bərabər olub. Eyni zamanda, bankın bölüşdürülməmiş zərəri də 236,8 mln. manatdan 231,1 milyon manata kimi azalıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"