Anklavlar Azərbaycana təhvil veriləcək - Oskanyan

27 iyul, 2023 18:38

Ermənistan anklavları Azərbaycana təhvil verəcək.

Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, anklavlarda 85-100 min azərbaycanlı məskunlaşacaq. Oskanyan bunun Ermənistan üçün ciddi problemlər yaradacağını iddia edib.

Sabiq nazir onu da vurğulayıb ki, Ermənistan hakimiyyətinin hərəkətləri yeni müharibəyə gətirib çıxara bilər.