“Ermənistan PKK-çıları Şuşada yerləşdirib” - Hikmət Hacıyev

27 oktyabr, 2020 21:33

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. 

Azsiyasət.com xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var: “Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. 

Hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"