"Bu halda nüvə silahından istifadə etməli olacağıq" - Medvedev
31 iyul, 2023 11:16
“Silahlı qüvvələrimiz kollektiv düşmənin əks-hücumunu dəf edərək Rusiya vətəndaşlarını və torpaqlarımızı qoruyur, eyni zamanda qlobal münaqişənin qarşısını alır”.
Bu barədə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev sosial şəbəkə hesabında yazıb.
“Nəhayət, əgər NATO-nun dəstəyi ilə ukraynalı əsgərlərin hücumunun uğurlu olduğunu və torpaqlarımızın bir hissəsini işğal etdiklərini təsəvvür etsək, o zaman Rusiya prezidentinin sərəncamının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq. Sadəcə olaraq başqa çıxış yolu olmayacaq”, - Medvedev bildirib.