“Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq” - “Komsomolskaya Pravda”

28 oktyabr, 2020 00:17

"Nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdə qalacaq, Putin Ermənistanın xilası naminə əlini ağdan qaraya vurmayacaq. Və doğru edəcək".

Azsiyasət.com bildirir ki, bunu "Komsomolskaya pravda"ya müsahibəsində peşəkar hərbi konfliktoloq İqor Lifanov deyib.

Lifanov qeyd edib ki, Ermənistan və Qarabağda vəziyyət nə qədər pis olarsa, bu, Putinə bir o qədər sərfəlidir.

"Burada məşhur "nə qədər pis olsa, bir o qədər yaxşıdır" prinsipi keçərlidir. Bunda da dəmir-geosiyasi məntiqi var. Paşinyanın hakimiyyətdə olduğu bütün dövr ərzində anti-Rusiya "nailiyyətlərini" sadalamaq və təhlil etmək kifayətdir. Hansı ki, sizə xatırlatacağam - özünün və kuratorlarının başlatdığı və Rusiya maraqlarına tamamilə zidd olan "rəngli inqilab" nəticəsində gəlib", - deyə o bildirib.

Ekspert Paşinyan hökumətinin atdığı anti-Rusiya addımlarını sadalayıb.

Putin Ermənistana yalnız Paşinyandan sonra kömək edə bilər

"Birincisi. O, Qarabağ rəhbərlərindən biri və Vladimir Putinin şəxsi dostu Robert Koçaryanı həbs edib. Özü də Putin Paşinyandan Koçaryanı buraxmağı şəxsən xahiş edib. Bu xahişdə o, qətiyyətlə rədd edildi. Bu, təbii ki, Ermənistan liderinin və Rusiya liderinin yaxşı şəxsi münasibətlərinin qurulmasını tamamilə mümkünsüz edib.

İkincisi. Paşinyan KTMT baş katibi Yuri Xaçaturovu həbs edib. Bu da onun Avroatlantik kuratorlarının təhrikinə görə edilib. Bununla da Ermənistanda şəxsən Putinin yaratdığı və bir sıra MDB ölkələrinin maraqlarını müdafiə etməyə yönəlmiş KTMT - nin rolu sıfıra endirildi.

Bundan başqa, ilan, necə deyərlər özü öz quyruğunu sancdı. Xaçaturovun "vurulmasından" sonra baş katib vəzifəsini Belarus nümayəndəsi Stanislav Zas tutdu. O, dərhal Azərbaycanla hərbi əlaqələri canlandırdı və respublikaya yüksək dəqiqliyə malik Belarus silahının göndərilməsini təşkil etdi – elə həmin Ermənistanın acığına və maraqlarına zidd olaraq.

Bundan başqa, islahatçı Nikol Ermənistanın xüsusi xidmət orqanlarını Rusiyapərəst mütəxəssislərdən tamamilə təmizlədi və oraya Soros qrantsoranlarını yerləşdirdi. Bundan sonra, təbii ki, Rusiya və erməni çekistlərinin hər hansı bir təmasları kəsildi ki, bu da münaqişənin başlanmasına öz  mənfi təsirini göstərdi.

Dördüncü. Bundan başqa, Paşinyan Ermənistan hakimiyyətinin yüksək eşelonlarına bir sıra Amerika və Britaniya nüfuz agentlərini gətirdi. Bundan sonra Rusiyanın siyasi isteblişmenti erməni hakimiyyətinə inamını birdəfəlik itirdi. Paşinyan həm də erməni Baş Qərargahında və generalitetində ciddi təmizləmə aparıb, Rusiyanın hərbi ali məktəblərində təhsil almış generalları və müvafiq olaraq, Rusiyapərəst əhval-ruhiyyəli adamları oradan uzaqlaşdırdı. Bu, Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatların aparılmasının effektivliyinə təsirsiz ötüşmədi", - deyə o bildirib.

Lifanovun sözlərinə görə, Ermənistanda Rusiya kanallarının pulsuz yayımına qadağa qoyulub. Bu, Ermənistanda Rusiyanın təsirinə qarşı yönəlmiş açıq-aşkar qeyri-dost addımdır. Bununla da" avronikol " Rusiyanın bütün siyasi isteblişentini qəti və dönməz şəkildə öz əleyhinə çevirdi.

"İndi Rusiya-Ermənistan münasibətlərini xeyli və səylə korlayan həmin Paşinyan Rusiyadan hərbi yardım tələb edir? Ağlınız yerindədi, cənab baş nazir? Hərbi yardım həqiqətən də göstərilə bilərdi – amma Paşinyan bəzi şərtləri yerinə yetirdiyi halda. Onların hamısı səsləndirildi, onlarda kriminal heç bir şey yox idi. Sadəcə, Avratlantik kursu Rusiyapərəst kursa dəyişmək lazım idi. Özü də bunu dərhal yox, addım-addım etmək lazım idi. Amma bütün ironiya ondadır ki, cənab "rəngli prezident" özü Rusiyanın bölgədəki maraqlarını bir millimetr belə qarşılamaq arzusunu ifadə etmədi. O, hətta Rusiyanın xüsusi təyinatlısı Belyankinin qatilini İstintaq Komitəsinin tələbi ilə Rusiyaya ekstradisiya etməkdən imtina etdi. Belə çıxır ki, oyun yalnız bir qapıya oynanılır. Bu halda Rusiyanın birtərəfli hərəkəti bütün siyasi oyunçular tərəfindən aşkar geosiyasi axmaqlıq, bütün Rusiya hökuməti isə geosiyasi həriflər kimi qəbul edilərdi. Rusiya belə "ünsiyyət lüksünü" özünə rəva görə bilməz", - deyə o bildirib.

Ekspert hesab edir ki, Putin MDB məkanındakı digər ölkələrin liderlərini Avroatlantik ağalara tərəf sürüklənməkdən və bu prosesdə müşayiət olunan patoloji rusofobiyadan birdəfəlik imtina etdirmək məqsədi ilə Nikol Paşinyana nümayişkaranə şəkildə əngəl törətmək qərarına gəlib.

İqor Lifanov Rusiyanın Paşinyanı niyə sadəcə devirməməsi barədə suala cavab verərkən bildirib ki, Moskvada bu alınmayıb.

"Birincisi, Avronikol Ermənistandakı bütün Rusiyapərəst isteblişmenti dəmirlə yandırıb. Bəzilərini isə həbsxanaya saldırıb. Məkan təmizlənib. İkincisi, Paşinyanın seçimi əslində Ermənistan xalqının seçimidir. Erməni ictimaiyyətində yeni rəhbərə ictimai tələb hələ ki, görünmür. Ermənilər hələ ki, öz milli liderlərindən əl çəkməyə hazır deyillər. Yaxşı, onda aydınlaşdırın, cənablar. Bu isə o deməkdir ki, müharibə, ərazilərin və suverenliyin daha da itirilməsi qaçılmazdır. Son akkordun vaxtı hələ çatmayıb...", - deyə Lifanov vurğulayıb.  virtualaz.org

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"