Blinkenin müşaviri Cənubi Qafqazda - ABŞ-Rusiya savaşı davam edir

04 avqust, 2023 12:23

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün ötən gün Azərbaycana səfər edib.

Səfər zamanı Lui Bono prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olub.

Görüşlər zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş müşavir Azərbaycandan sonra Ermənistana da səfər edəcək. O, bundan əvvəl may ayında bölgədə səfərdə olub. Maraqlıdır ki, Lui Bononun səfəri ərəfəsində Rusiya Qərbin vasitəçiliyi ilə keçirilən danışıqları şübhə altına alıb. Rusiya XİN rəsmisi deyib ki, Azərbaycan və Ermənistan arasında tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək.

Regionda vəziyyətin gərginləşdiyi mərhələdə Lui Bono Azərbaycan və Ermənistana niyə gəlib?

Məşhur britaniyalı politoloq Neil Uatson deyib ki, L.Bononun səfəri son dərəcə çox müsbət haldır:

“O, hər iki tərəfin mühüm şəxsləri ilə görüşlər keçirmək üçün həm Ermənistana, həm də Azərbaycana səfər edir. Ermənistan tərəfi üçün əsas məsələ Qarabağda yaşayan ermənilərin iddia edilən problemləridir. O, Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin edilib-edilmədiyini yoxlaya bilər. Bu zaman görəcək ki, Azərbaycan tərəfi həqiqəti bildirir. Görüş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Virciniya və Vaşinqtonda, sonuncuda isə ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən görüşlərdən sonra baş tutması da simvolikdir. Fikrimcə, Rusiyanın olmadığı bir şəraitdə ABŞ-ın himayəsi ilə həyata keçirilən diplomatiya Cənubi Qafqazda sülh müqaviləsinə nail olmaq üçün ən çox ehtimal olunan yollardan biridir. Digər yol isə Avropa İttifaqından keçə bilər. Ona görə də düşünürəm ki, bu səfər çox əhəmiyyətli olacaq. Sülh müqaviləsi üçün danışıqların yeni mərhələsi də bu görüşlə müəyyənləşə bilər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"