Sentyabrda Qafanda Rusiya konsulluq açacaq

04 avqust, 2023 12:31

Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Sünik vilayətinin Qafan şəhərinə gələcəklər.

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

O bildirib: “Biz Sünik vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib.

Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa yerində məşğul olacaqlar".