Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub - FOTO

28 oktyabr, 2020 01:54

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Korespondenten.cafe” jurnalist klubunda Azərbaycan Respublikasının bu ölkədəki səfiri Ramin Həsənov və Ermənistanın Almaniyadakı səfiri Aşot Sumbatyanın mətbuat qarşısında debatı təşkil olunub.

Azsiyasət.com report.az-a istinadən xəbər verir ki, tədbirin aparıcısı, “Korespondenten.cafe” jurnalist klubunun rəhbəri Evald Köniq ilkin olaraq giriş nitqi ilə çıxış etmək üçün səfirlərə söz verib. Daha sonra səfirlər jurnalistlərin suallarını cavablandırıblar.

Səfir Ramin Həsənov artıq 1 aydan bəri Azərbaycan torpaqlarında müharibənin getdiyini bildirib. Qeyd edib ki, təqribən 30 il bundan əvvəl Ermənistan güc yolu ilə Azərbaycan torpaqlarının 20%-ini zəbt edib və orada etnik təmizləmə aparıb. Münaqişə ilə bağlı 1993-cü il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub, amma məcburi xarakter daşıyan bu qətnamələr icra olunmayıb. Həmçinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 il yaxın aparılan danışıqlar uğurlu nəticə verməyib. Bu illər ərzində Ermənistana yetəri qədər təzyiq göstərilmədiyi üçün bu ölkə nəinki zəbt etdiyi torpaqları işğal altında saxlamağa, eyni zamanda ölkəmizə qarşı verbal və əməli provokasiyalar etməyə cəsarət edib. Səfir bu xüsusda Ermənistanın Baş naziri Paşinyanın hakimiyyəti dövründə ölkəmizə qarşı ard-arda edilən təxribatlar barədə məlumat verib və onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vurğulayıb.

Səfir əlavə edib ki, 27 sentyabrda Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribata nəhayət Azərbaycan Ordusu əks-hücumla cavab verib və işğal olunmuş torpaqları azad etməyə başlayıb. Nəticədə təmas xətti və status-kvo tamamilə ləğv olunub. Bu müddətdə Ermənistan tərəfi Azərbaycanın mülki obyektlərini hədəfə alıb və edilən hücumlar nəticəsində çoxsaylı mülki şəxs həlak olub. 10 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə ballistik raketlərlə edilmiş hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ümumilikdə 25 mülki şəxs həyatını itirib.

Azərbaycan diplomatı münaqişəyə dair erməni təbliğatının yaydığı yalanlara toxunub. Dağlıq Qarabağın guya Azərbaycana Stalin tərəfindən verilməsi, bölgənin keçmiş SSRİ-nin qanunvericiliyi çərçivəsində Azərbaycandan ayrılması kimi tarixi yalanları faktlarla ifşa edib. Ermənistanın istinad etdiyi xalqların öz müqəddəratını təyin etmə prinsipinin əslində erməni tərəfindən sui-istifadə edildiyini, bu prinsipin Dağlıq Qarabağdakı ermənilərə şamil edilməsinin mümkün olmadığını, bölgənin erməni icmasının Azərbaycanda yaşayan digər milli azlıqların istifadə etdikləri hüquqlarla təmin edilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Səfir həmçinin hazırki hərbi əməliyyatlarla bağlı yayılan qeyri-obyektiv və uydurma məlumatlardan bəhs edib. Ermənistanın guya Azərbaycanla yanaşı Türkiyə ilə də müharibə aparması iddiasına toxunub. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. Amma bu ölkə münaqişənin iştirakçısı deyil və Azərbaycan hərbi əməliyyatları öz gücünə həyata keçirir. Ramin Həsənov eyni zamanda Azərbaycanda guya Yaxın Şərqdən muzdluların döyüşməsi barədə iddianın absurd olduğunu, buna dair indiyədək bir dənə də olsa sübutun təqdim edilmədiyini vurğulayıb. Qeyd edib ki, bütün bu mifləri Ermənistan tərəfi hərbi əməliyyatlarda Azərbaycana məğlub olmasına bəraət qazandırmaq üçün yayır.

Səfir həmçinin hərbi əməliyyatlarda Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki obyektləri nişana alması və ya qadağan olunmuş silahlardan istifadə etməsi barədə xəbərlərə də toxunub. Qeyd edib ki, bu məlumatlar reallığa uyğun deyil. Azərbaycan hərbi əməliyyatlar başlayandan bölgənin erməni mülki əhalisinə müraciət edərək hərbi obyektlərdən uzaq durmağa çağırış edib. Ermənistan tərəfi isə Azərbaycanın hətta cəbhəyanı bölgədə yerləşməyən yaşayış məntəqələrinə məqsədli şəkildə hücumlar edir, mümkün qədər çox mülki şəxsi qətlə yetirməyə çalışır. Ermənistan tərəfindən törədilmiş insanlığa qarşı müharibə cinayətləri nəticəsində bugünə qədər 65 mülki şəxs həyatını itirib.

R.Həsənov eləcə də münaqişənin həlli imkanlarından danışıb. Qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə müvafiq olaraq öz ərazi bütövlüyünü bərpa edir. Ermənistan işğala könüllü şəkildə son qoymaqla qan tökülməsinin qarşısını ala bilər. Səfir bildirib ki, işğalçı qüvvələrin çıxarılmasından sonra azərbaycanlı məcburi köçkünlər geri qayıtmalı, işğalçı qüvvələr tərəfindən viran edilmiş məntəqələr bərpa edilməlidir. Azərbaycan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının dinc və təhlükəsizlik şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.

Səfir beynəlxalq birliyin atəşkəsə çağırmaqla yanaşı, işğala son qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməsinin vacib olduğunu bildirib. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini qeyd edib, eyni zamanda bu ölkəni Ermənistana beynəlxalq hüquqa əməl etməsi üçün təsir etməyə çağırıb.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"