"Rusiya o günə qalıb ki, Azərbaycana qarşı Surət Hüseynovdan istifadə etsin?"

05 avqust, 2023 13:21

“Surət Hüseynov artıq vəfat edib. Ona görə də kiminsə hansı iddianı irəli sürməsi doğru deyil”.

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

O, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin “Müsavat TV”nin efirində “qiyamçı polkovnik”lə bağlı səsləndiridyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, MMP sədri iddia edib ki, S. Hüseynovu Rusiya xüsusi xidmət orqanları zəhərləyərək öldürüb.

C.Nuriyev isə söyləyib ki, S. Hüseynovun Azərbaycana qarşı hansısa bir addım atacağına inanmır:

“Bu versiyanın o hissəsində bəlkə də haqlıdırlar ki, o xalqını, millətini və dövlətini sevən bir adam idi. Mən Surəti 35 ilə yaxındır ki, tanıyırdım. Ona görə də bu iddialar inandırıcı deyil. Axı Rusiyanın Surət Hüseynova da elə bir ehtiyacı yox idi? Çünki Rusiyanın Azərbaycanla münasibətləri yaxşı idi. Ona görə ki, biz strateji əməkdaş və tərəfdaşıq. Təbii ki, hərbi elitada Kremlin Qarabağla bağlı maraqları var, bunu heç kim gizlətmir. Amma Rusiya o günə qalıb ki, Azərbaycana qarşı Surət Hüseynovdan istifadə etsin?!”

Onun fikrincə, nə S. Hüseynov xalqın əleyhinə gedərdi, nə də Rusiya belə bir variantı seçərdi:

“Bu, bizimkilərin düşünüb tapdığı bir yalandır. Bəzi adamlar var ki, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Adam artıq dünyasını dəyişib. Ya vəlvələdən, ya da zəlzələdən bu, olub. Qurani-Kərimin Bəqərə surəsində deyilir ki, “ölüm bir saniyə nə gec, nə də tez gəlir”. Hamı eyni cür ölsəydi, dünyada yaşamağın mənası olmazdı ki? İnsanlar müxtəlif cür ölür, amma dünyasını dəyişən adam haqqında bu fikirləri yaymaq nə dərəcədə düzgündür? Belə şeylər ayıbdır. Adam dünyasını dəyişəndən sonra onun haqqında danışmazlar. Dində də bu düzgün deyil”.

“Surət Hüseynov dünyasını dəyişsə də, onun nəyinsə qurbanı olduğunu dilə gətirməkdə məqsəd nədir? Həm onu pisləyirlər ki, guya bu adam Azərbaycan əleyhinə işləmək istəməyib deyə Rusiya onu zəhərləyib. Vallah, ayıbdır, olmaz belə demək. Bu millət düzələn deyil”, – o, fikirlərini tamamlayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"