“Sovet hökuməti ”Novokain" kimiydi, ağrını kəsirdi, amma xəstəlik sağalmırdı" - Ayaz Salayev

28 oktyabr, 2020 11:00

Ermənistan və ermənilər plastilin kimidirlər. Dünyanın ayrı-ayrı gücləri onlardan istədiyi fiquru düzəldə, istifadə edə bilir. Bu, tarixən belə olub. “Erməni kartı” böyük qüvvələrin əlində bir rıçaq, bir alət olub. Onları “Böyük Ermənistan” utopiyası və xülyası ilə aldadaraq, öz maraqlarına uyğun “yemləyiblər”.

Əslində Ermənistan mahiyyətcə mütiliyə, forpost və vassal olmağa meyillidir. Sadəcə, ağalarını dəyişməkdən daha da simasızlaşıblar. 19-cu əsrin əvvəllərində Cənubi Qafqaza gətirilən və əsasən Qarabağa köçürülən ermənilər buna görə hər zaman ruslara minnətdar olublar.

Rusiyanın müstəmləkəsi və nökəri olmuş Ermənistanın indi “təzə ağa” axtarışına çıxması işlərini korlayıb. Dünyada da yaxşı bilirlər ki, ermənilər sədaqətsizdirlər və onların “ipinə odun yığmaq” olmaz. Çünki hamının “alət”i rolundadırlar - Qərbin bəzi dairələri, eləcə də yaxın ölkələr Ermənistanı öz maraqlarına xidmət üçün dəstəkləyir. Məsələn, rəngli inqilabların sponsoru kimi tanınan Corc Soros Fondu Ermənistanda dəyişiklik etməklə xaos yaratmaq, bəzi ölkələr erməni lobbisindən səs almaq, yaxın ölkələr Azərbaycan, Gürcüstan, Türkiyə üzərinə qısqırtmaq üçün onları dəstəkləyir. Axı bu ölkə özünə nə vaxt hörmət qoyacaq? Nə zaman istifadə və istismar edildiyini anlayacaq? Ümumiyyətlə, Ermənistan alət olmaqdan nə vaxtsa qurtulacaqmı? Gah Fransanın, gah Rusiyanın, gah ABŞ-ın əlində oyuncağa çevrilən Ermənistan öz bədbəxt taleyindən dərs çıxarmır.

Erməni akademik Derenik Dəmirçiyan “Erməni” məqaləsində klassik erməni xarakterini belə təqdim edirdi:

“İstənilən erməni Don Kixota bənzəyir. Qırğına məruz qalsa da, hələ də ağlı başına gəlməyib. Tatar (Azərbaycan türkü) hücum edəndə, kömək üçün rusu gözləyir. Rus gələndə gözünü avropalıya dikir. İngilis gəlir, bu zaman yenə də rusu gözləyir. Amma rus gələndə onu yaxına buraxmır”. Yeri gəlmişkən, Ermənistanın sabiq baş naziri Vazgen Manukyan da bəyanat yayaraq, ölkəsinin hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. Onun sözlərinə görə, təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. O, xilas üçün hökuməti istefaya səsləyib və hakimiyyəti orduya verməyə çağırıb.

Bütün bunlarla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a bildirdi ki, ermənilərdən xarici güclər həmişə istifadə ediblər: 

“Necə ki, böyük quş heyvanın üstünə qonur və onu dənləyir. Dünya qüvvələrinin ermənilərə yanaşması da elə olub. Amma ermənilər bunu dərk etmirlər. Ümumiyyətlə, sovet hökuməti ”Novokain" kimiydi. O, ağrını kəsirdi, hiss etmirdin, amma xəstəlik sağalmırdı. Sovet hökuməti 70 il ağrıkəsicini vurdu və məcburi “xalqlar dostluğu” ideyasını yaratdı. Ermənilər isə xaraktercə coğrafi millətdir. Onların dənizə, okeana çıxışı olmayıb. Ona görə harada dəniz, okean var, orada güclü erməni diasporaları qurulub. Baxın Kaliforniya, Krasnodar və sairə... Ermənilər həmişə coğrafi baxımdan ərazini genişləndirməyi fikirləşirlər. Bu səbəbdən öz istəkləri üçün istifadə edildiklərini, alət olduqlarını başa düşməyiblər".

Kinorejissorun sözlərinə görə, erməni dostun ola bilər, sənə hər şeyini verər, amma milli maraqlarına çatanda onu daha üstün tutacaq: 

“Onlar heç vaxt dəyişməyəcək və şübhəm yoxdur ki, yaxın zamanda Qarabağı işğaldan tam azad edəcəyik. Amma mənə gələcək çox maraqlıdır. Qarabağda qalacaq ermənilərlə diqqətli olmalıyıq. Təbii ki, insan haqlarını qoruyan təşkilatların nəzəri üstümüzdən çəkilməyəcək. Amma onlar gələcəyi düşünür. Bu gün məğlub olublar, sabah üçün yeni imkanlar haqda fikirləşəcəklər. Ermənilər gedib İrəvandan öz yaxınlarını Qarabağa gətirəcəklər, çoxalacaqlar ki, birdən yeni fürsət yarana bilər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"