Həkimlər Qubad İbadoğlunun səhhətinin çox təhlükəli həddə olduğunu bildirib - Vəkil

07 avqust, 2023 09:58

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinin təmin edilməməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından şikayətə baxılacaq.

Vəkil Zibeydə Sadıqova Turana bildirib ki, İbadoğlunun ciddi xəstəlikləri onun təcridxana rejimində saxlanılmasına imkan vermir.

“Ümid edirəm ki, apellyasiya məhkəməsi Qubad İbadoğlunun ciddi xəstəliklərini nəzərə alıb onu ev dustaqlığına buraxacaq. Mən avqustun 4-də 1 saylı Bakı İstintaq Təcridxanasında Qubad bəylə görüşdüm. Qubad bəy bildirdi ki, avqustun 3-də onu həkim komissiyası (kardioloq, endokrinoloq və başqa həkimlər) müayinə edib. Onun ürəyinin şah damarında genişlənmə qeydə alıblar. O həmişə damarının genişlənməsini 3,7-də saxlayıb, amma son gündə genişlənmə 4.1 millimetrə çatıb. Həkim deyib ki, bu çox təhlükəlidir. Bununla yanaşı, həkimlər Qubad bəydə zob da aşkar ediblər. Şəkərlə bağlı sol gözü zəifləyib. Həkimlər ona deyib ki, xəstəlik göstəriciləri sürətlə dəyişdiyindən bir müddət sonra sağlamlığını nəzarətədə saxlamaq mümkün olmayacaq”, o qeyd edib.

Vəkil bildirib ki, hazırda müdafiə tərəfi Qubad İbadoğlu barədə seçilmiş həbs qətimkan təbdbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz olunmasına çalışır.

“O sərbəst olmalıdır ki, daimi hərəkətdə olsun, xəstəliyini stabil saxlaya bilsin. Qubad bəy Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlananda kifayət qədər strees keçirib. Sonra da təcridxanaya köçürüldü. İndi hərkətsizlik, havasızlıq şəraiti onun təzyiqinin tez-tez dəyişməsinə səbəb olur. Həkim deyib ki, təzyiqin oynaması çox təhlükəlidir. Ani anda hər şey baş verə bilər. Qan təzyiqi gah 145 olur, gah 140 olur, gah 120-yə düşür. Həkim ona deyib ki, bu xəstəlik üçün qan təzyiqinin stabil qalması vacibdir”, o bildirib.

Vəkil İbadoğlunun barəsində ev dustaqlığı tədbiri seçilməsinin vacib olduğunu deyib.

“O, ev dustaqlığına buraxılsa, azı ev şəraitində təzyiqi stabil qalar, dərmanlarına, qidalnmasına nəzarət olar. Həkimlər tapşırıb ki, təcridxanada gündə azı 4 dəfə şəkəri yoxlanılmalıdır. Təcridxanada onun saatı belə yoxdur ki, təzyiqini ölçdüyü vaxtı bilsin. Amma davamlı olaraq təzyiqi ölçülməlidir”, Zibeydə Sadıqova Turana deyib.

Öz növbəsində, Penitensiar Xidmət Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı Turanın sorğusuna hələ cavab verməyib.

Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.

Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət qəbul edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller ibadoğlunun həbsinə münasibət bildirərkən deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"