"Kiyev sülh istəyirsə..." - Moskva şərt qoydu

07 avqust, 2023 13:48

Ukrayna ətrafında ədalətli nizamlanma Kiyev hərbi əməliyyatları dayandıracağı halda mümkündür.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

“Biz əminik ki, həqiqətən hərtərəfli, davamlı və ədalətli nizamlanma yalnız Kiyev rejimi hərbi əməliyyatları və terror aktlarını dayandırsa və  Qərb himayədarları onun ordusunu silahla təchiz etməkdən əl çəksə, mümkün ola bilər”, - diplomat bildirib. 

Onun sözlərinə görə, Ukraynanın suverenliyinin ilkin əsasları təsdiq edilməlidir - onun neytral, bloklara qoşulmaması və nüvəsiz statusu qorunub saxlanılmalıdır.