"Qubad İbadoğlu işi"nə görə tutulan alimə ittiham irəli sürüldü - Fazil Qasımov kimdir? (Yenilənib)

09 avqust, 2023 12:14

Qohumları Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanılan Fazil Qasımov haqqında musavat.com-a yeni bilgilər veriblər.

Qeyd ediblər ki, Fazil Qasımov 1985-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 700 balla ali məktəbə qəbul olub. Bir neçə universitetin məzunudur. 5 dil bilir. Uzun müddətdir ki, Türkiyədə yaşayır.

Qohumları iddia edirlər ki, Fazil Qasımov vətənpərvərliyi ilə seçilib. Yenə də onların məlumatına görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə çağırışlar edib, oxuduğu universitetlərlə əlaqəli işlər görüb. Cinayətə meyilli şəxs kimi tanınmayıb. Bu səbəbdən ailəsi Fazil Qasımovun saxlanılması xəbərindən şoka düşüb.

+++

ADR rəhbəri Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı iqtisadçı-alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

“AzPolitika.info” xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iki həftə əvvəl eyni maddə ilə - CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Fazil Qasımovun qardaşı Nazim Qasımov "Turan" bildirib ki, onu yaşadığı evdən aparıblar: "Onun hansı səbəbdən saxlanılması barədə heç bir məlumat verilməyib. Sosial şəbəkələrdən öyrəndik ki, Fazil Bakıya gətirilib. Lakin saxlanma səbəbi ailəmizə izah olunmayıb və biz onun haqqında dövlət strukturlarından məlumat ala bilmirik".

Onun sözlərinə görə, F.Qasımov Azərbaycanda Qafqaz Universitetini bitirib, daha sonra Türkiyədə təhsilini davam etdirərək İstanbul Universitetində doktoranturanı bitirib.

"Bildiyimə görə, o, Mübariz Mənsimovun ("Palmali" gəmiçilik şirkəti – red.) şirkətində işləyib", - N.Qasımov sözlərinə davam edib. 

"Fazil prezident təqaüdçüsü idi, vətənini, dövlətini çox sevir", – sonda da əlavə edib.

Hələlik, olaya sözügedən şirkətdən də hər hansı münasibət bildirilməyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"