Bölgə İran PUA-ları ilə bombardman edildi
16 avqust, 2023 13:03
Rusiya qüvvələri gecə saatlarında Ukraynanın Odessa vilayətində limanı “Şahid” PUA-ları (İran istehsalı) ilə hədəfə alıb.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında deyilib.
Bildirilib ki, dronların buraxılışları cənub-şərq istiqamətindən (Primorsk-Axtarsk, Çauda) bir neçə dalğada həyata keçirilib. Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri Odessa və Nikolayev vilayətlərində Rusiyanın 13 PUA-sını məhv edib.