Azərbaycandakı "F-16"-lar haqda daha bir açıqlama

28 oktyabr, 2020 13:53

Döyüş meydanında uduzan Ermənistan artıq müxtəlif bəhanələr gətirərək məsələyə başqa ölkələri cəlb etmək istəyir.

Azsiyasət.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan indi də Azərbaycanda təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən, Türkiyənin F-16 təyyarələrinin ölkəmizdə olmasından narahatdır:

"Onlar bu məqsədlə münaqişəyə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək istəyir. Bu məqsədlə Türkiyə hərbçilərinin guya Azərbaycan tərəfdən döyüşdüyünü və F-16 təyyarələrinin Azərbaycanda döyüşlərə qatıldığını iddia edir, zaman - zaman bəyanatlar verirlər. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib və sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə nə Türkiyə hərbçilərindən, nə də F-16 təyyarələrindən istifadə edir. Həmin təyyarələr Türkiyə - Azərbaycan hərbi təlimlərində iştirak etmək üçün Azərbaycana gətirilib, stabilləşdirici qüvvə kimi saxlanılıb. Məqsəd odur ki, əgər prosesə 3-cü qüvvə müdaxilə edərsə, F-16 təyyarələrindən həmin vaxt istifadə ediləcək. Hal-hazırda bu F-16-lar istifadəsizdir. Sadəcə, bu məsələ Ermənistanı və bu ölkəni himayə edən dövlətləri narahat edir. Onlar istəyirlər ki, bu yolla Rusiya və digər ölkələri məsələyə cəlb edib status-kvonu bərpa etsin, münaqişəni yenidən uzatsınlar".

Milli Qəhrəman bildirib ki, əslində işğalçı dövlət hazırki dövrdə də başqa ölkələr tərəfindən silahlandırılır:

"Bu fakt döyüşlər zamanı ortaya çıxdı. Bir aylıq müddət ərzində baş verən döyüşlərdə Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət kimi götürülən silah-sursat, hərbi texnikaların sayı bir daha bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın beynəlxalq kvotadan qat-qat artıq silah-sursat və hərbi - zirehli texnikalarını məhv edib, qənimət kimi götürüb. İqtisadi gücü olmayan Ermənistanda bu qədər silah, hərbi texnika haradandır? Deməli, müxtəlif ölkələr daimi olaraq Ermənistanı silahlandırır. Özlərinin cinayətlərini ört-basdır etmək üçün onlar diqqəti Azərbaycana yönəltmək istəyirlər".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"