Azərbaycanda ətin qiymətini kim qaldırır?

21 avqust, 2023 12:38

“Ətin qiymətinin artması gözlənilən idi və durduq yerdə olmadı. Çünki yemin qiymətinin artması son zamanlar ciddi şəkildə baş verdi. Eləcə də  hava şəraiti ilə əlaqəli otlaq sahələrin yanması və təbii otla qidalanmanın problemə çevrilməsi, habelə yemin bahalaşması və ölkədəki inflyasiya sahəsini götürsək, ət istehsalı ilə məşğul olan insanların məhsullarının qiymətini artırması gözlənilən idi. Çünki onlar əti satıb başqa məhsullar alırlar”.

Bu sözləri yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, Azərbaycanda ətin qiymətinin artmasının səbəblərini izah edib.

Xatırladaq ki, hazırda mal ətinin bir kiloqramı 15-16 manata alıcılara təklif olunur.

“Əgər rəsmi məlumatlara görə, ölkədə ikirəqəmli inflyasiyasıdırsa, onlar da məcburdurlar ki, satdıqları məhsulların qiymətində müəyyən artıma getsinlər. Burada alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Qiymətlərin sürətlə qalxması baş verərsə, bu, əksinə, ət istehsalçılarına ziyan vura bilər. Çünki alıcılıq qabiliyyəti bunu qarşılamasa, onların satdıqları məhsulların həcmi azalacaq. Həcm azaldıqca da, onlar qiyməti artırsalar da, gəlirləri kəskin düşə bilər”, – o, əlavə edib.

N. Cəfərli hesab edir ki, burada “qızıl orta”nı tapmaq və ət istehsalçılarının xərclərini nəzərə almaq lazımdır:

“Çünki onların yem xərcləri çox artıb. Həmçinin də əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Çünki alıcılıq qabiliyyəti inflyasiya ilə paralel belə sürətlə artmır. Ona görə də ət istehsalçıları elə bir nöqtədə qiymətləri tənzimləməyə çalışmalıdırlar ki, həm özlərinə ziyan olmasın, həm də satışı həyata keçirsinlər və insanlar o əti ala bilsinlər”

Müsahibimizin fikrincə, əsasən, Yeni il bayramlarına doğru noyabrdan başlayaraq müəyyən artım həmişə olub:

“Bizdə bayramlaröncəsi qiymət artımları olub. Çünki tələbatın artması qiymətlərə təsir göstərib. Çox güman ki, Yeni il qabağı qiymət artımını bir çox ərzaq məhsullarında, o cümlədən ətdə görə bilərik. Lakin bunun alıcılıq qabiliyyətini mütləq nəzərə almalıdırlar. Çünki bu, dövlət tərəfindən tənzimlənməməlidir və bunu normalda bazar tənzimləməlidir. Bazarda da insanların alıcılıq qabiliyyətini nəzərə alan iqtisadi baxış olmalıdır”.

İqtisadçı söyləyib ki, hər bir insan istehsal etdiyi məhsulu daha baha satmaq istəyir:

“Lakin daha baha satmaq o demək deyil ki, onun gəlirləri də artacaq. Burada başqa parametrlər də işin içinə girir. Ona görə də təəssüf edirəm ki, Yeni il qabağı növbəti qiymət artımını görə bilərik. Lakin bu qiymət artımı insanların ala biləcəyi səviyyədə olmalıdır. Əgər bundan çox olsa, bütün ət istehsalçıları ziyan görə bilərlər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"