Sülh müqaviləsi ilə bağlı təkliflər paketini Bakıya təqdim etmişik - Paşinyan

24 avqust, 2023 12:02

"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".

"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

"Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik", - o bildirib.