"Lazım gəlsə, istefa verəcəyəm" - Arayik Arutyunyan

29 avqust, 2023 14:19

Qarabağdakı separatçı qurumun "prezidenti" Arayik Arutyunyan istefası məsələsi ilə bağlı danışıb. 

Ermənistan mətbuatı xəbər verir ki, onun sözlərinə görə, qondarma rejimin "parlamentinin" dünənki növbədənkənar iclasında onun istefası məsələsi müzakirə olunub. 

Arutyunyan əlavə edib ki, yaxın günlərdə bu məsələyə daha dar çərçivədə baxılacaq və lazım gələrsə, istefa verəcək.