Avropa məhkəməsi Azərbaycanı 65 min avrodan çox cərimələyib

31 avqust, 2023 16:46

Avqustun 31-də Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycandan  8 ərizə üzrə 3 qərar və qərardadını elan edib. Məhkəmə şikayətlər əsasında Azərbaycanı 65 min avrodan çox cərimələyib.  Bu barədə https://aihmaz.org saytı məlumat yayıb. 

"Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı" işində ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndiriblər. Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülüb. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia ediblər.

Avropa Məhkəməsi  ərizəçilərin şikayətlərini  əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu tanıyıb.

Avropa İnsan Haqları Məhkəməsi hökumətlə ərizəçilər arasında razılaşmanın mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi məlumatlandırmalıdılar. Bundan sonra  yekun qərar qəbul ediləcək.

"Suğra Quliyeva Azərbaycana qarşı iş" ərizəçinin Saray bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi həmin sahədə ev tikib. Sonradan Milli Təhlükəsizlik Nazirliyi həmin sahəni ərizəçidən alıb, lakin kompnsasiya  ödənilməyib. 178 min manat məbləğində kompensasiya  tələbilə iddia yerli məhkəmələr tərəfindən təmin edilməyib. Avropa məhkəməsi hesab edib ki,  1 saylı Protokolun 1-ci maddəsi pozulub. Avropa məhkəməsi ərizəçiyə maddi zərərə görə  62 200 avro, mənəvi zərərə görə  3000 avro ödənilməsini qərara alıb.

"Nəsimi Musayev Azərbaycana qarşı" işində Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev 2011-ci ildə hərbi xidmətə çağırılıb. Lerik hərbi komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş edib, ancaq bileti ala bilməyib.

Kommunikasiya zamanı hökumət 6-cı maddənin pozulduğunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"