MOSSAD-ın təxribat qrupu İranda ələ keçdi

31 avqust, 2023 16:48

SEPAH-ın kəşfiyyat xidməti MOSSAD-ı İranın müdafiə kompleksi obyektlərində təxribat hazırlamaqda ittiham edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, MOSSAD-ın bilavasitə nəzarəti altında olan qrupun üzvləri aşağı keyfiyyətli və qüsurlu hissələri təmin etməklə raketlərin buraxılışını pozmaq niyyətində idilər, buna görə də raketlər buraxılan zaman partlamalı idi.

İran kəşfiyyatının sabotajda şübhəli bilinənlərin hamısını həbs etdiyi bildirilib.