Paris Bakıdan nəyin qisasını alır? - Vitali Arkov

02 sentyabr, 2023 12:03

Qarabağ separatçıları öz utopik siyasi məqsədlərinə çatmaq üçün dinc ermənilərin həyatını qurban verməyə hazırdırlar.

Bu sözləri rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

“Qarabağa tədarük ilə bağlı müəyyən çətinliklər rəsmi İrəvan və Parisin regionda kinli məqsədlərini həyata keçirmək üçün şişirtdikləri bədnam yalandır: kütləvi aclıq, humanitar fəlakət yoxdur. Əgər Qarabağda vəziyyət doğrudan da dalana dirənsəydi, yüksək keyfiyyətli Azərbaycan ununu daşıyan Qızıl Aypara Cəmiyyətinin yük maşınlarını əraziyə buraxmayan yaraqlıları Qarabağ ermənilərinin özləri darmadağın edərdi və Laçın yolu ilə Ermənistana doğru axışan minlərlə qaçqını müşahidə edərdik. Reallıqda humanitar fəlakət olmadığı kimi, bütün bunlar mövcud deyil. Amma Fransanın nümayəndələri, o cümlədən Parisin meri Ann İdalqo Azərbaycanın suveren ərazisinə qeyri-qanuni yollarla daxil olmağa çalışır. Qanunsuz yolla, çünki Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycan ərazisidir. Hansı xarici nümayəndəliklərin bu bölgəyə buraxılacağına isə yalnız rəsmi Bakı qərar verir, o cümlədən orada yaşayan ermənilərə də. Hazırda Azərbaycan rəhbərliyindən yalnız Rusiya və Türkiyə sülhməramlı kontingenti müvafiq mandata malikdir. Qarabağda humanitar böhran yoxdur, yalnız Ermənistan və Fransanın süni şəkildə yaratdığı və qızışdırdığı siyasi böhran var. Qarabağ sakinlərinin Parisin köməyinə qətiyyən ehtiyacı yoxdur, üstəlik, Fransa və Ermənistan tərəfləri humanitar yardım adı altında Qarabağa gətirməyə çalışdıqları yüklərə Azərbaycan tərəfinə hərtərəfli yoxlama hüququ verməkdən imtina edir”, - o bildirib.

Arkov qeyd edib ki, bu baxımdan Fransanın Qarabağa silah və digər qadağan olunmuş əşyalar daxil etmək cəhdlərini istisna etmək qətiyyən mümkün deyil:

“Axı Parisin məqsədi bəllidir - Cənubi Qafqazı özünün neokoloniyasına çevirmək (Ermənistan artıq könüllü olaraq Fransanın müstəmləkəsinə çevrilib). Və bu məqsədə çatmaq üçün Paris dayanmayacaq - yeni Ermənistan-Azərbaycan müharibəsini qızışdırana qədər. Fransanın Cənubi Qafqazdakı fəallığı həm də Afrikadakı keçmiş Fransa müstəmləkələrinə nəhayət ki, Paris zülmündən qurtulmaq və tam dövlət suverenliyi əldə etməyə kömək edən Rusiya, eləcə də Türkiyədən qisas cəhdi ilə bağlıdır. Cənubi Qafqaz tarixən Rusiya və Türkiyənin maraq və təsir dairəsinə daxildir. Onların Qafqaz xalqları ilə mədəni və iqtisadi əlaqələri güclü və etibarlıdır. Ona görə də Paris Cənubi Qafqazda fəaldır, indi, necə deyirlər, Moskva və Ankaraya “cavab”ı belə verir. Bununla belə, Fransanın təşəbbüsü uğursuzluğa məhkumdur. Dünyada və Cənubi Qafqazda digər məğlubiyyətlərlə yanaşı, Emmanuel Makronu burada da biabırçı fiasko gözləyir”(axar.az).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"