Paşinyan sülh sazişi üçün şərtini açıqladı

07 sentyabr, 2023 12:19

“Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmasına dair saziş bağlamağa hazırdır”.

Ermənistan KİV-ləri xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin sentyabrın 7-də keçirilən iclasında deyib. Ancaq o əlavə edib ki, sülh sazişi beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün Laçın yolunun açılması əsasında bağlanıla bilər.

Paşinyan deyib ki, Ermənistan 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə onun Rusiya və Azərbaycan prezidentləri ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata sadiqliyini vurğulayır.