Qarabağdakı layihələrlə bağlı hərraclarda xarici investorlar da iştirak edəcək

07 sentyabr, 2023 14:50

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində Qarabağda yaşıl enerji müəssisələrinin yaradılmasında özbək şirkətlərinin də iştirakı müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı ilə əlaqədar yaşıl enerji sahələrinin yaradılması, eləcə də yerli investorlarla yanaşı, xarici investorların bu sahəyə cəlb edilməsi vacib amildir.

Cənab Ş.Mirziyoyevin səfərindən sonra özbək iş adamlarının da Azərbaycana gələrək, “Yaşıl enerji” sahəsində yatırımlar etməsi diqqət mərkəzindədir. Bəs, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji sahələrinin yaradılması və həm yerli, həm də xarici sərmayədarların cəlb edilməsi üçün hansı işlər görülür?

Energetika Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması nəzərdə tutulub:

“Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb.

Hazırda “Yaşıl enerji zonası”nın yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Bundan əlavə, ölkəmizin bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadəni təmin etmək məqsədilə dövlət investisiyası ilə yanaşı, özəl, o cümlədən xarici investisiya hesabına yeni istehsal güclərinin istifadəyə verilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir”.
Nazirlikdən bildirilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı ilə əlaqədar BP, “Masdar”, “Fortescue Future Industries” “ACWA Power”, “TotalEnergies”, “China Gezhouba Group Overseas Investment” kimi şirkətlərlə mühüm müqavilələr imzalanıb:

“Eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində beynəlxalq tərcübənin öyrənilməsi və sahə üzrə əlverişli investisiya mühitinin yaradılması məqsədi ilə beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələri genişləndirilməkdədir.

Bununla yanaşı, xarici investorlar tərəfindən Qarabağda həyata keçirilən layihələrə böyük marağın olduğunu nəzərə alaraq, investorların keçirilməsi planlaşdırılan hərraclarda iştirak etməsi də nəzərdə tutulur”.

Nazirliyin cavabında cari ilin avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Füzulidə Özbəkistanın maliyyə dəstəyi ilə inşa olunmuş məktəbin açılış mərasiminin baş tutduğu da bir daha xatırlanıb:

“Həmin məktəbin inşa olunmasında “Yaşıl Konsepsiya”nın tələbləri nəzərə alınıb və elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə binanın üzərində günəş paneli quraşdırılıb. Bununla yanaşı, iki ölkənin rəsmi nümayəndələri arasında görüşlər keçirilib.

Hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirilməsi və inkişafını nəzərə alaraq, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.

Qurumdan o da bildirilib ki, iki ölkə arasında bir çox sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlıq istiqamətində işlər görülməkdədir:

“Belə ki, Özbəkistan Prezident Ş.Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş imzalandı.

Bundan əlavə, hər iki ölkənin Energetika nazirlikləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalandı.
Bu sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər.

Eyni zamanda, təsdiq olunmuş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi” Qaydasına əsasən, cari il ərzində ilk hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı özbək şirkətləri də keçirilməsi planlaşdırılan hərraclarda iştiraka dəvət oluna bilər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"